Cari ildə Azərbaycanda 9,3 milyon ton neft və 10 milyard kubmetr təbii qaz çıxarılıb

17:14 - 15.04.2020


15 aprel, Fineko/abc.az. 2020-ci ilin birinci rübündə respublika üzrə hasil edilmiş 9,3 milyon ton neftin (kondensatla birlikdə) 6,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 952 min tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft hasilatı isə 1,9 milyon ton təşkil edib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, rüb ərzində ixrac olunan neftin kondensatla birlikdə həcmi 7,6 milyon ton olub. Neftin 7,3 milyon tonu konsorsium, 324 min tonu isə SOCAR üzrə ixraca göndərilib.

Yanvar-mart aylarında ölkədə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artımla 10 milyard kubmetr təşkil edən qaz hasilatının 3,5 milyard kubmetri AÇG-dən, 4,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 1,8 milyard kubmetr qaz hasil olunub.

 

Вся лента