Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

12:50 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankı 2020-ci ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. 31 mart 2020-ci il tarixinə Bankın aktivləri 8,9 milyard manat, müştərilərə verdiyi kreditlər 2,4 milyard manat, depozit portfeli 5,6 milyard manat olub.

Rüb ərzində Bank tərəfindən iri korporativ müştərilərə, eləcə də kiçik və orta sahibkarlıq subyektlərinə 120 milyon manatadək kredit və qarantiyalar verilib. Bank ilin birinci rübünü 76 milyon manat əməliyyat mənfəəti ilə başa vurub.

Rüb ərzində Azərbaycan Beynəlxalq Bankının I dərəcəli kapitalının adekvatlıq əmsalı 33.33%, məcmu kapitalının adekvatlıq əmsalı 32.88% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Вся лента