ABŞ-ın tanınmış şirkəti “Azərkosmos”-la əməkdaşlıq edəcək - Müqavilə imzalandı

16:47 - 16.04.2020


16 aprel, Fineko/abc.az. “Azərkosmos” ASC dünyada peyk xidmətləri sahəsində tanınan ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən ABC.AZ-a bildirilib ki, müqaviləyə əsasən, “UltiSat” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə etməklə Yaxın Şərq və Avropa regionlarında peyk interneti təqdim edəcək. “Azərkosmos”la qurduğumuz yeni əməkdaşlıq bizi sevindirir. Müştərilərimizə yaxın vaxtda qabaqcıl peyk şəbəkə xidmətlərini təklif etmək üçün yeni tərəfdaşımızla daha sıx işləməyi səbirsizliklə gözləyirik”, – deyə “UltiSat” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Kris Hetmanski söyləyib.

Müəllif: Elmir Murad

 

Вся лента