İcazələrin alınması üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlarla rəsmi müqavilə bağlayıb - Elnur Niftəliyev

11:47 - 17.04.2020


17 aprel, Fineko/abc.az. İcazələr sistemi kölgə iqtisadiyyatına qarşı müsbət təsirini göstərib.

ABC.AZ xəbər verir ki, bunu “ASAN xidmət” mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev sosial şəbəkədəki hesabında aylaşıb.

O qeyd edib ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyətə başladıqdan sonra "Elektron hökumət" portalının xidmətlərindən biri olan "Əmək müqavilələrinin bildiriş sistemi" vasitəsilə 60 mindən çox əmək müqaviləsi bildirişi qeydə alınıb “Əməkdaşlar üçün icazələrin əldə edilməsi üçün təşkilatlar qeyri-rəsmi formada çalışdığı əməkdaşlar ilə rəsmi əmək müqaviləsi bağlamaq məcburiyyətində qalıb. İcazələr sistemi vətəndaşlarımızın sağlamlığını qorumağa xidmət etməklə yanaşı şəffaflığın artırılmasına da müsbət təsirini göstərib!” deyə E. Niftəliyev qeyd edib.

Müəllif: Elmir Murad

 

Вся лента