Heyvan məhsullarının idxalına qoyulan qadağa ləğv olundu - AQTA-dan açıqlama

12:51 - 17.04.2020


17 aprel, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) baytarlığa dair qərarları ilə tətbiq edilən bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına qərar verilib.

ABC.AZ Agentliyə istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək yüksək patogen quş qripi, nyukasl, nodulyar dermatit, dabaq, xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda qəbul olunan qərarla bağlı bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün Agentlik Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət edib.

Müəllif: Elmir Murad

Вся лента