“ASAN Login” istifadə edənlər artıb - 1 milyon nəfər

14:41 - 17.04.2020


17 aprel, Fineko/abc.az. “ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib.

ABC.AZ xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər.

Qeyd olunub ki, xüsusi karantin rejimində elektron xidmətlərdən istifadə öz aktuallığını daha da artırıb və vətəndaşlar olduqları yeri tərk etmədən “ASAN Login” sistemi üzərindən rəqəmsal xidmətlərə daha çox müraciət edirlər.

Belə ki, artıq “ASAN Login” sistemi üzərindən 1 000 000 - cu istifadəçi uğurla qeydiyyatdan keçib. Bu isə o deməkdir ki, artıq 1 000 000 - dan çox vətəndaş “ASAN Login” sistemi vasitəsilə rəqəmsal xidmətlərdən heç yerə getmədən, zamana və resurslarına qənaət edərək rahat şəkildə istifadə edir. Aprelin 1 - dən bu günədək “ASAN Login” sistemindən bir milyondan çox vətəndaş tərəfindən 2 milyona yaxın istifadə sayı qeydə alınıb.

Müəllif: Elmir Murad

 

Вся лента