Bank VTB (Azərbaycan) sosial baxımdan həssas əhali qrupuna yardım edib

15:46 - 17.04.2020


17 aprel, Fineko/abc.az.  Koronavirus  infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə nəzərdə tutulmuş xüsusi karantin rejimi şəraitində bank VTB (Azərbaycan) əhalinin sosial cəhətdən həssas qrupuna yardım edib.

Biz anlayırıq ki, risk zonasında olan yaşlı nəslə daha çox diqqət tələb olunur. Bu səbəbdən VTB (Azərbaycan) 30 nəfər Böyük Vətən Müharibəsi və əmək veteranına, eləcə də Leninqrad mühasirəsi iştirakçılarına tələb olunan qida məhsullarını çatdırıb. Bununla yanaşı, bank 60-dək aztəminatlı ailəni qida məhsulları və şəxsi gigiyena vasitələri ilə təmin edib.

Ərzaq yardımı Müqəddəs Arxangel Mixail kilsəsi və Azərbaycandakı Rus icmasının vasitəçiliyi ilə həyata keçirilib.

VTB (Azərbaycan) sosial məsuliyyətini dərk edərək, daim həssas əhali qrupuna, o cümlədən veteranlara və aztəminatlı ailələrə dəstək göstərir. Bu sosial fəaliyyət bank kollektivinin vətəndaş həmrəyliyinin ifadəsidir və VTB (Azərbaycan) bu istiqamətdə gördüyü  işləri bundan sonra da davam etdirmək niyyətindədir.

Sosial təcrid şəraitində hazırda evlərini tərk etmək imkanı olmayan yaşlı nəslin nümayəndələrinə qayğı göstərmək hər birimizin borcudur. Onların bizim dəstək və qayğımıza ehtiyacı var. Sosial-məsuliyyətli təşkilat olaraq biz yardıma ehtiyacı olan insanlara dəstək olmağa davam edəcəyik. Hazırda baş verən hadisələrə laqeyd qalmamaq vacibdir - məhz, bu şəkildə biz bütün çətinliklərin öhdəsindən gələ bilərik.

 

 

 


Вся лента