Azərbaycanda izopropil spirtinin istehsalı bərpa olunub - Xaricə də ixrac olacaq

14:56 - 21.04.2020


21 aprel, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.

ABC.AZ xəbər verir ki, “Azərikimya” İB-nin emal prosesində məqsədli məhsulların son məhsula çevrilməsi zəncirində öz yerini tutan MİPS (Mütləqləşmiş İzo Propil Spirti) istehsalatının fəaliyyətinin bərpa olunması qərarı izopropil spirtinə yerli və xarici bazarlarda tələbatınkəskin artması ilə bağlıdır. Qurğuda həyata keçirimiş fasiləsiz təmir-bərpa işlərindənsonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələr istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb. Bu da öz növbəsində bir tərəfdən MİPS məhsulu üzrə idxaldan asılılığın kəskin azalmasına, digər tərəfdən isə yüksək səmərəliliklə dünya bazarlarına ixracın artırılmasına gətirib çıxaracaq.

Qeyd edək ki, sözügedən istehsalatın işə salınması EP – 300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı.

Müəllif: Elmir Murad

 

 

Вся лента