Azərbaycanın yeni vergilər naziri Mikayıl Cabbarov təmizlik işlərinə və struktur dəyişikliklərinə başladı

12:51 - 10.01.2018


10 yanvar, Fineko/abc.az. Yeni vergilər naziri  Mikayıl Cabbarov öz müavini Namiq Əliyevi müddətsiz məzuniyyətə göndərib.

Report” informasiya agentliyinin mənbələrə istinadən xəbər verdiyi kimi, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb. Namiq Əliyevin məzuniyyətdən qayıtmayacağı və onun yerinə yeni müavin təyin olunacağı ehtimal olunur. Bu vəzifəyə artıq təhsil nazirinin müavini  Mətin Eynullayevin namizədliyi irəli sürülüb.

Dünən Azərbaycanın yeni vergilər naziri artıq idarənin 64 əməkdaşını işdən çıxarıb.

 

 

Вся лента