Yanvarın 11-nə olan hava haqqında məlumat təqdim edilib

14:08 - 10.01.2018


10 yanvar, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda cümə axşamı günü, yanvarın 11-də gözlənilən hava haqqında məlumatı təqdim edib.

Beləliklə, yanvarın 11-də Bakıda və Abşeronda  buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək,  gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Gecə saatlarında yarımadada 1-3, gündüz isə 6-9, Bakıda gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət 75-85% təşkil edəcək.

Azərbaycanın bölgələrində yanvarın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

 

 

Вся лента