190 manatla bağlı müraciətlər dayandırıldı - Rəsmi

10:06 - 27.04.2020


27 aprel, Fineko/abc.az. Azərbaycanda pandemiya ilə əlaqədar olaraq dövlətin əsas dəstək tədbirlərindən olan birdəfəlik ödəniş (190 manat) alınması üçün ödənişlərin qəbul başa çatıb.

ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, dövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.

Eyni zamanda, birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb. Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq: "Ümumilikdə isə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb" -deyə nazirlikdən bildirilib.

Müəllif: Elmir Murad

 

Вся лента