İstehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən "Cert Center” MMC və "Standart Cert” MMC-nin akkreditasiya attestatları ləğv edilib

17:19 - 10.01.2018


“Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (AzAK) tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının  2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tələblərini pozduğuna görə "Cert Center” MMC-nin və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib. Belə ki, “Uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə inspeksiya nəzarəti planı”na uyğun olaraq istehlak məhsullarının sertifikatlaşdırılması xidməti göstərən adıçəkilən sertifikatlaşdırma qurumlarında inspeksiya nəzarətinin aparılması nəzərdə tutulsa da, orqanlar tərəfindən inspeksiya nəzarətinin aparılması üçün şərait yaradılmayıb.

Bunu əsas götürərək AzAK-ın müvafiq qərarı ilə "Cert Center” MMC və "Standart Cert” MMC-nin "İstehlak məhsullarının sertifikatlaşdırılması” üzrə fəaliyyət göstərən orqanlarının akkreditasiya attestatları ləğv edilib.

 

 

Вся лента