Bu bankın kredit portfeli 3 ayda 10 milyon manat artıb - Hesabat

10:31 - 28.04.2020


28 aprel, Fineko/abc.az. 2020-ci ilin birinci rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın I dərəcəli kapitalının adekvatlıq əmsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 64% artaraq 37.8%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 56% artaraq 38.9%-ə çatıb.

ABC.AZ xəbər verir ki, bu bankın 2020-ci ilin 1-ci rübü üzrə maliyyə göstəricilərində açıqlanıb. Bankın leverec əmsalı bu ilin ilk rübündə artaraq 18.2%-ə çatıb. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.

Bu ilin birinci rübünün sonunda bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 milyon manat artaraq 173 milyon manata bərabər olub. 2020-ci ilin ilk rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 72 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

 

Вся лента