Səhmdarlarına dividend ödənilməsi üçün toplaşacaqlar - İclas

10:56 - 28.04.2020


28 aprel, Fineko/abc.az. “Kapital Bank”ın baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı,M. Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, 2 iyun 2020-ci il saat 11.00-da keçiriləcək yığıncağın gündəliyinə "Kapital Bank” ASC-nin 2019-cu ilin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi və digər məsələlər daxildir.

 

Вся лента