AMB valyuta hərracı keçirib

13:15 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, aprelin 28-də valyuta hərracında banklara $57,9 mln satılıb.

"Çərşənbə axşamı hərracda banklar tərəfindən tələbat $57,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,7 AZN/$1 təşkil edib.

 

Вся лента