Azərbaycan neftinin qiyməti bir barelə 71 dolları ötdü

11.01.2018,10:46


11 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,81 dollar və yaxud 1,15% yüksəlib.

Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 71,25 dollar/barelə bərabər olub.

 “Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

 

 

Ключевые слова: Azeri LT barel neft