Bakıda bu yol bağlandı - Səbəb

17:20 - 28.04.2020


28 aprel, Fineko/abc.az. Moskva prospekti “Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a bildirilib ki, Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində aprelin 28-29-da “20 Yanvar dairəsi”ndən “Şamaxı yolu” adlanan ərazi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospekti - Asif Məhərrəmov küçəsi, Ziya Bünyadov prospekti - “3-cü mikrorayon dairəsi” - Tbilisi prospekti və ya Ziya Bünyadov prospekti – “20 Yanvar dairəsi” - Müzəffər Həsənov küçəsi - Alatava istiqamətlərindən istifadə edə bilərlər.

Müəllif: Elmir Murad

 

Вся лента