“Azərkosmos” fəaliyyət dövrü ərzində 90 milyon dollar qazanıb

12:08 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. “Azərkosmos” ASC, öz fəaliyyəti dövründə  əldə etiyi gəlirlərin həcmini açıqlayıb.

 ASC-nin sədri Rəşad Nəbiyev bildirib ki, təşkilat, kommersiya fəaliyyətinə başladığı dövrdən ötən qısa müddət ərzində peyklərin istismarından 90 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

“Azərkosmos”un əldə etdiyi gəlirlər, peyklərin maliyyələşdirilməsi üçün alınmış kreditlərin ödənilməsinə yönəldilir”, - R.Nəbiyev belə deyib.

 

Вся лента