Prezident bu quruma 28 milyon manat ayırdı - Sərəncam

14:39 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev "Aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

ABC.AZ-ın məlumatına görə, sərəncamda əsasən, taxılçılıq, pambıqçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı üçün kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya ehtiyacını ödəmək məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) 28 milyon manat ayrılıb.

 

Вся лента