SOCAR neft hasilatını belə azaldacaq - Qaydalar

17:40 - 30.04.2020


30 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi OPEC+ çərçivəsində Azərbaycanda hasilatın müvəqqəti məhdudlaşdırılması ilə bağlı tədbirlərin icrası SOCAR-a tapşırılıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, beləliklə, bu ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən, gündəlik olaraq, 96 min, iyul-dekabr aylarında 63 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 30 min barel həcmində azaldılması nəzərdə tutulur.

SOCAR-ın “Azneft” İstehsalat Birliyi ilk dövrdə gündəlik hasilatı 17 min barel həcmində azaldaraq 100 min barel səviyyəsinə endirməyi, sonrakı dövrdə tədricən artıraraq, ümumi hasilata gündəlik 5 min barel, gələn ildən etibarən isə daha 6 min barelin əlavə edilməsini, beləliklə, 2021-ci ildə ümumi xam neft hasilatının gündəlik 111 min barel səviyyəsinə çatdırılmasını özündə əks etdirən proqram hazırlayıb.

Müəllif: Elmir Murad

 

Вся лента