Gürcüstan turistlərə qapısını açan ilk ölkə ola bilər - Nazirdən açıqlama

15:07 - 1.05.2020


1 may, Fineko/abc.az. "Biz, Dünya Turizm Təşkilatı ilə aktiv şəkildə işləyirik ki, sərt təlimatların qorunması şərti ilə Gürcüstan turistlərə qapısını açan ilk ölkə olsun. Əlbəttə ki, bu sadəcə sərt nəzarət şərtlərində mümkün ola bilər".

ABC.AZ-ın məlumatına görə, bunu  Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, panidemiya səbəbi ilə turizm sektoru xüsusi zərər görüb. Turnava əlavə edib ki, turizm sektoru mövcud problemləri aşanadək, dövlət bu sektora yardımını əsirgəməyəcək. "Hazırda virusu məğlub edərək, sərhədlərin açılması barəsində optimal işlər aparılır" deyə nazir qeyd edib.

Müəllif: Elmir Murad

 

Вся лента