“Ata Bank” və “Amrah Bank” ADIF-dən çıxarıldı - Şəhadətnamələri ləğv edildi

15:46 - 1.05.2020


1 may, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 28 aprel tarixli qərarı ilə “Ata Bank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar 2007-ci il 30 iyul tarixdə 2 nömrəli reyestr nömrəsi ilə Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan “Ata Bank” ASC və 2007-ci il 30 iyul tarixdə 26 nömrəli reyestr nömrəsi ilə fonda üzv olan “Amrah Bank” ASC bu il mayın 1-də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq ADIF-ə üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.

ABC.AZ xəbər verir ki, bu barədə fonddan bildirilib.

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli müvafiq qərarları ilə “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib. Aprelin 28-də həmin banklardan ikisinin - “AtaBank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv olunub

 

Вся лента