“Təmiz Şəhər” 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb

17:21 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. “Təmiz Şəhər” ASC Britaniya Standartlar İnstitutu (BSİ) tərəfindən ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.

ASC-dən verilən məlumata əsasən, şirkətdə, bütün təsərrüfat sahələrində, beynəlxalq standartlara uyğunluğa, xüsusilə, rəhbərlik və işçilərin peşəkarlığının keyfiyyətinə, işlərin keyfiyyətinə  və s. aid audit keçirilib.

“Qiymətləndirməyə əsasən, Britaniya Standartlar İnstitutu tərəfindən Cəmiyyət “Bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə” ən yeni ISO 9001:2015 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb”, - məlumatda belə deyilir.

 

 

Вся лента