Bu yollar yenidən qurulur - SİYAHI

11:58 - 5.05.2020


5 may, Fineko/abc.az. Qusar rayonunun Qullar avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a bildirilib ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində agentlik tərəfindən Qusar rayonunda 5,2 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması işləri yüksək keyfiyyətlə davam etdirilir.

Söhbət Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral avtomobil yolunun 204-cü kilometrindən ayrılan və Qullar kəndinə gedən avtomobil yolundan gedir. Yol IV texniki dərəcəyə uyğun (6 metr hərəkət hissə, 2x2 metr çiyin hissələr) yenidən qurulur.

Qeyd edək ki, 5,2 kilometr uzunluğunda olan yol torpaq əsaslı və çınqıl örtüklü idi. Bu isə vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində problemlərə səbəb olurdu.

Buna görə də yolun yenidən qurulması kənd əhalisinin istər rayon mərkəzinə, istərsə də respublikanın istənilən nöqtəsinə rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasının asanlaşmasına şərait yaradacaq.

Müəllif: Elmir Murad


Вся лента