İmişlidə 17 ton barama istehsal olunacaq - Bu mövsüm

12:15 - 5.05.2020


5 may, Fineko/abc.az. Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub.

Bu məqsədlə 420 qutu (7 min 980 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 190 kümçüyə paylanılıb.

ABC.AZ Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə istinadən xəbər verir ki, ötən il rayonda 9 ton 500 kiloqram barama istehsal olunub.

İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar.

Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb.

İpəkqurdunun yem bazasının möhkəmləndirmək məqsədilə son 5 ildə rayona 108 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud çəkililiklərə qulluq göstərilib.

 

Вся лента