AMB valyuta hərracında banklara $62,9 mln satıb

13:37 - 5.05.2020


5 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun (SOFAZ) iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 5-də valyuta hərracında banklara $62,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $62,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

 

Вся лента