Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyat xidmətlərini yaxşılaşdırır

11.01.2018,17:44


11 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırır.

BNA-dən verilən məlumata əsasən, 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

“Marşrut xətti üzrə Hövsan şossesi və Hövsan qəsəbəsində 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Kart balanslarını (BakıKart) artırmaq üçün dayanacaqlarda 6 “MilliÖn” terminalları quraşdırılıb”, - məlumatda belə deyilir.

 

Ключевые слова: BNA Nəqliyyat Agentliyi