Gürcüstanda apreldə ən çox bahalaşan qidalar - SİYAHI

12:06 - 6.05.2020


6 may, Fineko/abc.az. Aprel ayı ərzində Gürcüstanda ən çox bahalaşan ərzaq və qida məhsullarının statistikası açıqlanıb.

ABC.AZ Gürcü mediasına istinadən xəbər verir ki, sözügedən məlumatı, Milli Statistika Mərkəzi açıqlayıb.

Məlumatda bildirilir ki, bu ilin, aprelində ötən ilin analoji dövrü müqayisədə aylıq inflyasiya 0,9%, illik inflyasiya isə 6,3% artım olub. Beləliklə də bir sıra məhsullar bahalaşıb. Bu ilin aprelində ötən ilin analoji dövrü ilə müqayisədə ən çox qiymət artımı aşağıdakı məhsullarda qeydə alınıb:

1) Sarmısaq - 318% artım (Məhsulun qiymətində 3 dəfədən çox artım nəzərdə tutulur)

2) Limon - 151%

3) Alma - 77%

4) Qarabaşaq (qreçka) - 74%

5) Qarpız - 60%

6) Üzüm - 56%

7) Şalğam (turp) - 54%

8) Şaftalı - 49%

9) Toyuq əti - 42%

10) Gavalı - 39%

Müəllif: Elmir Murad

 

Вся лента