Sulutəpə dairəsində yeni yol ötürücü tikiləcək - AAYDA rəsmisi

16:27 - 6.05.2020


6 may, Fineko/abc.az. Sulutəpə dairəsi üzərində yeni yol ötürücüsü tikiləcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Real tv-yə müsahibəsində bildirib.

O qeyd edib ki, bununla yanaşı Bakı şəhərinin girişi üçün yeni layihələrimiz var: "Əgər bunlar təsdiqlənsə, həmin proyektlərin icrasına başlayacağıq. Və tıxacların aradan qaldırılması üçün Bakının girişində, istərsə də Bakı-Sumqayıt yoluna daxil olan və çıxan yollarda bu kimi işlərin görülməsi davam edəcək". A. Nəcəfli hazırda Bakı-Sumqayıt yolunda aparılan tikinti işlərinə də toxunaraq, təmirin bu ayın sonuna kimi yekunlaşacağını bildirib.

Müəllif: Elmir Murad

 

Вся лента