Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu ləğv edilmiş “DəmirBank”ın əmanətçilərinə müraciət etdi

12.01.2018,11:23


12 yanvar Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu  (AƏSF) ləğv edilmiş “DəmirBank” ASC-nin əmanətçilərinə müraciət edib.

Fondun məlumatında deyildiyi kimi, qorunan əmanətlər üzrə kompensasiyaların alınması üçün əmanətçilərin müracitələri fevralın 1-dən, “KapitalBank”-ın filiallarından,  ƏSF-nin www.adif.az internet-saytından və ya  Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16 ünvanlarında qəbul edilir. Əlaqə nömrələri: (012) 447 77 44  və “941”.

Aşağıdakı linkdə, bankın əmanətçilərinin müraciət edə biləcəyi “KapitalBank”-ın filiallarının siyahısı göstərilib:

http://www.adif.az/?~/aze/news/full/0/1149/

 

Ключевые слова: DəmirBank AƏSF