Prezident Rusiya kanalına müsahibə verib

14:25 - 7.05.2020


7 may, Fineko/abc.az. Koronavirus və onun dünyakı iqtisadi vəziyyətə, o cümlədən Azərbaycan iqtisadiyyatnıa mənfi təsiri nəticəsində Azərbaycanda iqtisadi geriləmə müşahidə oluna bilər.

ABC.AZ-ın məlumatına görə, bunu prezident İlham Əliyev Rusiyanın "Mir" televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı iqtisadi canlanmanı dəstəkləmək üçün görülən tədbirləri xatırladıb:

"Biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq, onların əməkhaqqının mühüm hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da dövlət tərəfindən sosial müavinət ödənilir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik".

 

Вся лента