“AccessBank” müştəriləri üçün vebinarlar təşkil etdi

16:11 - 7.05.2020


7 may, Fineko/abc.az.  Hər zaman tərəfdaş və müştərilərini düşünən “AccessBank”, onların karantindən rahat keçid etmələri üçün vebinarlar təşkil etdi. Biznes yönümlü vebinarlar sahibkarlara pandemiya zamanı və ondan sonrakı keçid dönəmində biznesi düzgün aparmaq, pandemiyadan minimal zərərlə çıxmaq, karantin rejimi ilə əlaqədar olaraq müqavilə öhdəliklərinin icrasında yaranmış problemlərin həlli kimi mövzuları əhatə edib. 

"Karantin dövründə sistemləşmə, standartlaşdırma və şəffaflığın önəmi" adlı vebinar fəlsəfə elmləri doktoru, dosent Sakit Səmədov tərəfindən aparılıb. Vebinarda pandemiya dönəmində və ondan sonra biznesin aparılması kimi mövzulara toxunulub. 

“AccessBank”ın növbəti vebinarı isə pandemiya dönəmində hüquqi məsələlərin həllinə  həsr olunub. Vebinar hüquqşünas Sərxan İbadov tərəfindən  aparılıb. Vebinarda fors-major hallar, sığorta hadisəsi, beynəlxalq yükdaşıma və pandemiya zamanı yaranmış hüquqi məsələlərin doğru və zamanında həlli prosesləri kimi mövzular müzakirə olunub.   

Mikromaliyyələşdrmə bazarının lideri olaraq, “AccessBank” ölkədə biznesə hərtərəfli dəstək olmaqda davam edir. 

 

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.  


Вся лента