330x110
 

Bank VTB (Azərbaycan) VİSA ödəniş kartları üzrə aksiyanın nəticələrini elan edib

08.05.2020,17:07


8 may, Fineko/abc.az.  Bank VTB (Azərbaycan)  VİSA ödəniş kart sahibləri olan müştəriləri arasında keçirdiyi aksiyanın qaliblərin müəyyən edib. Aksiya 12 fevral-12 aprel 2020-ci il tarixlərində keçirilib. Aksiyada VTB (Azərbaycan)-ın VİSA kartı vasitəsilə 20 manat məbləğindən başlayaraq 5 və daha çox nağdsız ödəniş həyata keçirən müştəriləri iştirak edib. Nağdsız əməliyyatları ölkə ərazisindəki bütün ticarət nöqtələrində və onlayn rejimdə həyata keçirmək mümkün idi. Aksiyanın nəticələrinə görə, VTB (Azərbaycan)-ın 200 VİSA kart istifadəçisi pul mükafatı alıb.

Bank  kart sahibləri üçün mütəmadi olaraq müxtəlif aksiyalar təklif edir və bununla da müştərilərinə pul mükafatı və ya əlavə bonuslar qazanmağa imkan verir. Bankın cari aksiyaları haqqında əlavə məlumatı linkə keçərək əldə etmək mümkündür.

Ключевые слова: VTB