Azərbaycanda marşrut avtobuslarının daşıyıcılarına yeni tələblər təqdim ediləcək

13:34 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün paytaxtın marşrut avtobuslarının daşıyıcıları ilə görüş keçirib.

Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov  görüş zamanı bildirib ki, daşıyıcılar sürücülərin işə götürülməsi prosesini BNA ilə razılaşdırmalıdırlar.

“Daşıyıcılar yalnız Bakı Nəqliyyat Agentliyinin təlim mərkəzində təhsil alacaq sürücüləri işə götürməlidirlər”, - M.Abbasov belə deyib.

Onun sözlərinə görə, marşrutun hər avtobusunda 2-3 sürücü işləməlidir. Lakin daşıyıcılar 1 avtobusa 1 işçi götürürlər. Bu isə düzgün deyil və iş saatlarına riayət edilməməsi səbəbindən, qəzaların baş verməsinə gətirib çıxarır.

“Bakı Nəqliyyat Agentliyi vəziyyəti təhlil edir. Təhlilin nəticələrinə əsasən daşıyıcılara yeni tələblər təqdim ediləcək”, - M.Abbasov belə deyib.

 

 

 

Вся лента