AMB banklar üçün valyuta hərracı keçirib

14:03 - 12.05.2020


12 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 12-də keçirilmiş valyuta hərracında banklara $47,9 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələbat $47,9 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Вся лента