Cənubi Qafqaz Boru Kəmərinə 12 milyon dollar xərclənib - Hesabat

14:18 - 12.05.2020


12 may, Fineko/abc.az. İlin birinci rübündə Cənubi Qafqaz Boru Kəməri (CQBK) və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və təqribən 2 milyon dollar əsaslı xərclər sərf edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə BP Azərbaycan şirkətinin hesabatında qeyd olunub.

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,6 milyon kubmetr olub.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.

Müəllif: Elmir Murad

 

Вся лента