Balakəndə qarğıdalı əkini artır - Rəqəmlər

16:29 - 12.05.2020


12 may, Fineko/abc.az. Bu il Balakən rayonunun təsərrüfatlarında 7,5 min hektar sahədə qarğıdalı əkilməsi nəzərdə tutulur. Fermerlər bu günədək 4670 hektar sahəyə qarğıdalı əkiblər.

ABC.AZ Balakən Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, ötənilki mövsümdə balakənli fermerlər 7 min 213 hektar sahədən 44 min 173 ton dən qarğıdalı tədarük ediblər.

Hər hektardan orta hesabla 61,2 sentner məhsul götürülüb.

Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1179 ton artıb.Rayonun ailə təsərrüfatlarında ipəkqurdunun yemlənməsi prosesi də davam edir. Hazırda ipəkqurdları üçüncü yuxudan ayılıb. Builki mövsümdə barama yetişdirmək üçün 358 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 1300 qutu ipəkqurdu paylanılıb. Baramaçılıq sahəsində 1432 nəfər mövsümi işlə təmin olunub. Bu il Balakəndə yaş barama istehsalının ötən illə müqayisədə 8 tona yaxın artırılaraq, 52 tona çatdırılması proqnozlaşdırılır.

Müəllif: Elmir Murad

 

Вся лента