330x100
 

Bu bank maliyyə nəticələrini müzakirə edəcək - Səhmdarlar toplanır

13.05.2020,10:25


13 may, Fineko/abc.az. "Bank Respublika" ASC səhmdarlarının növbəti ümimu yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, iyunun 29-da keçiriləcək yığıncaqda 2019-cu ilin maliyyə nəticələri, 2019-cu il üçün kənar audit yoxlamasının nəticələri və 2019-cu ilin nəticələrinə görə mənfəətin bölüşdürülməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Bank Respublika 2019-cu ili 20 milyon 423 min manat xalis mənfəət ilə başa vurub.

Müəllif: Elmir Murad