“Unicapital” 2017-ci il üzrə Bakı Fond Birjasının brokerləri sırasında lider olaraq qaldı

15:44 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) 2017-ci il ərzində  dövlət və korporativ qiymətli kağızlar bazarlarında göstərilən xidmətlər həcmi üzrə  brokerlərin renkinqini təqdim edib.

BFB-dan verilən məlumatda deyilir ki,  “Unicapital İnvestisiya şirkəti” ASC 2017-ci il ərzində  dövlət və korporativ qiymətli kağızlar bazarlarında brokerlərin renkinqində lider mövqeyindədir.

Daha sonrakı yerlərdə, “PAŞA Kapital İnvestisiya şirkəti” QSC,  “Invest-Az İnvestisiya şirkəti” QSC, “AzFinance İnvestisiya şirkəti” QSC, Xalq Kapital İnvestisiya şirkəti” QSC, “PSG Kapital İnvestisiya şirkəti” QSC və “Kapital Menecment İnvestisiya şirkəti” ASC qərarlaşıb.

 

2017-ci ilin yanvar-noyabr ayları ərzində göstərilmiş xidmətlərin
həcmi üzrə DQK və KQK bazarlarında brokerlərin renkinqi
Xidmətlərin həcmi üzrə cari yer Brokerlərin adları Broker xidmətlərinin məbləği (AZN)
1 Unicapital 4 928 361 772,64
2 PAŞA Kapital 4 756 008 128,92
3 İnvest-Az 2 968 555 220,14
4 AzFinance 2 135 322 296,46
5 Xalq Kapital 573 781 572,26
6 PSG Kapital 297 735 990,64
7 Kapital Menecment 53 258 857,95

“İnvest-Az” İnvestisiya şirkəti törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.

 

Вся лента