Azərbaycanın ən çox məhsul ixrac etdiyi Avropa ölkələri - Siyahı

15:11 - 14.05.2020


14 may, Fineko/abc.az. Yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələrinə həyata keçirdiyi ixracın həcmi bəlli olub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə Azərbaycan Aİ ölkələrindən ən çox məhsul İtaliyaya ixrac edib.

Belə ki, Azərbaycanın 4 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 405,6 milyon ABŞ dolları, Yunanıstana 228,1 milyon dollar, Xorvatiyaya isə 190,6 milyon dollar olub.

Müəllif: Elmir Murad

 

Вся лента