Elektik enerjisi istehsalı da artıb - Statistika

16:25 - 14.05.2020


14 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında ölkədə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 milyon kilovat/saat artaraq 8 milyard 896,7 milyon kilovat/saat olub.

Energetika Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 189,2 milyon kilovat/saat artaraq 8 milyard 435,2 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 120,2 milyon kilovat/saat azalaraq 341,8 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 0,8 milyon kilovat/saat azalaraq 119,7 milyon kilovat/saat olub. Külək elektrik stansiyalarında 34,5 milyon kilovat/saat, günəş elektrik stansiyalarında 13,4 milyon kilovat/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib.

 

Вся лента