Azərbaycanın pambıq lifi ixracı azalıb - Hesabat

12:20 - 15.05.2020


15 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 32,4 min ton pambıq lifi və 3,8 min ton pambıq ipliyi ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 45 milyon, pambıq ipliyinin dəyəri isə 8,7 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkədən 58,2 milyon dollarlıq 40,6 min ton pambıq lifi, 9,4 milyon dollarlıq 3,9 min ton pambıq ipliyi ixrac edilib.

 

Вся лента