İki azərbaycanlıya BP-də yüksək vəzifə verildi - Təyinat

12:30 - 15.05.2020


15 may, Fineko/abc.az. BP şirkətində bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar daha böyük vəzifələrə təyin olunublar.

Bu barədə ABC.AZ-a BP şirkətindən bildirilib.

Belə ki, hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva, bu ilin 1 iyul tarixindən BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti vəzifəsinə təyin olunub.

Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 1 iyul tarixindən daha geniş coğrafiyada kommunikasiya və təşviqat üzrə məsələlərə rəhbərlik edəcək. B.Aslanbəylinin yeni vəzifəsi Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir.

Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir.

Müəllif: Elmir Murad

 


Вся лента