Dörd ayda bu qədər xurma ixrac olunub - Rəqəmlər

14:13 - 15.05.2020


15 may, Fineko/abc.az.  Dörd ayda Azərbaycandan ixrac olunan xurmanın həcmi açıqlanıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 17,9 min ton xurma ixrac edilib. İxrac edilən xurmanın dəyəri 14,1 milyon ABŞ dolları olub.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 18,1 milyon dollar olmaqla 23,8 min ton xurma ixrac edilib.

Müəllif: Elmir Murad

Вся лента