Prezident CISCO şirkətinin rəsmiləri ilə danışıb - Videoformatda

14:18 - 15.05.2020


15 may, Fineko/abc.az.     Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

ABC.AZ xəbər verir ki, videokonfransda Prezidentin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə də iştirak ediblər.

Вся лента