330x110
 

“AccessBank"-ın əmanətlərinin may və iyun aylarında artacağını gözləyirik - Yevqeniya Qaşikulina

15.05.2020,14:58


15 may, Fineko/abc.az.    “AccessBank”da kreditlərin 98%-i manatla verildiyindən əmanət bazamızı da analoji şəkildə seçmişik.

ABC.AZ-ın məlumatına görə, bunu bankın İdarə Heyəti Sədrinin Birinci Müavini Yevqeniya Qaşikulina deyib. 

O qeyd edib ki, ilin əvvəlində bank sistemində dollarlaşma 50%-dən artıq olduğu halda, bizdə bu rəqəm cəmi 30% təşkil edirdi. "Mart ayında neftin qiymətinin aşağı düşməsi səbəbindən əhali arasında yaranan ajiotaj bütün banklarda konvertasiyaya təsir etdi. Bütövlüklə bank sistemi böyük zərərlə üzləşdi" deyə Y. Qaşikulina qeyd edib.

O, bildirib ki, bankın əmanət strukturunda manat üstünlük təşkil etdiyindən, konvertasiyaya tələb artdı:  "Bank mart ayı ərzində yatırımlardan 40 milyon manatı dollara konvertasiya etdi. Aprel ayında vəziyyət bir qədər stabilləşdi və  əhali nisbətən sakitləşdi. Əlbəttə, dövlətin siyasəti burada müəyyən rol oynadı. Buna görə də biz may və iyun aylarında əmanətlərin artacağını gözləyirik. Qeyd etmək lazımdır ki, yaranmış vəziyyət banka narahatlıq gətirmədi, çünki biz bu vəziyyətlə üzləşərkən likvidliyimiz kifayət qədər yüksək idi. Konvertasiya həcmində məhdudiyyət isə bankın valyuta mövqeyi ilə təyin edilir". 

 

 Müəllif: Elmir Murad

Ключевые слова: Accessbank