Bakının iki yolunda nəqliyyat hərəkəti məhdudlaşdırılacaq

17:34 - 12.01.2018


12 yanvar, Fineko/abc.az. Bakıda bu gündən etibarən iki küçədə nəqliyyat hərəkəti məhdudlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Hərəkətin məhdudlaşdırılması, təmir işləri ilə bağlıdır”, - məlumatda belə deyilir.

 


Вся лента