SOCAR Gürcüstan fermerlərinə dizeli daha ucuz satacaq - Müqavilə

17:28 - 15.05.2020


15 may, Fineko/abc.az. Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi və "Socar Georgia Petrolium" arasında müqavilə imzalanıb.

ABC.AZ Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, bundan sonra "Socar Georgia Petrolium" fermerlərə bazar qiymətindən daha ucuz qiymətə dizel yanacağı verəcək.

Nazirlikdən bildirilib ki, sərfəli şərtlərlə dizel yanacağını, fermerlər 1 hektar sahəyə görə - 150 litr, 100 hektardan artıq sahə üçün isə 15 000 litr yanacağı güzəştli şərtlərlə ala biləcəklər. Dəstək proqramından 200 mindən çox fermer faydalanacaq.

Müəllif: Elmir Murad

 

Вся лента