Azərbaycan bu məhsulların idxalını azaldıb - Hesabat

20:43 - 16.05.2020


16 may, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi Azərbaycanın bu ilin yanvar-aprel aylarında xaricə satdığı spirtli və spirtsiz içkilərin həcmi 48,4% azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixracla yanaşı Azərbaycana idxal olunan spirtli içkilərin həcmi də aşağı düşüb.

Belə ki, sözügedən 4 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri 18 milyon 239 min dollar təşkil edib. Bu isə bir il əvvələ nisbətən 1 milyon 91 min dollar və ya 5,6% azdır.

Вся лента