Azərbaycanın xaricə satdığı içkinin həcmi azalıb - 48 faiz

20:40 - 16.05.2020


 16 may, Fineko/abc.az.  Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xaricə satdığı spirtli və spirtsiz içkilərin həcmi açıqlanıb.

 ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə 4 milyon 781 min dollarlıq spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edilib.

 Müqayisə üçün qeyd edək ki, bu ötən ilin eyni dövrünə nisbətən 4 milyon 476 min dollar və ya 48,4% azdır.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel hesabatında içki satışı Azərbaycanın ümumi ixracının 0,1%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,9%-ni təşkil edib.

Müəllif: Elmir Murad

Вся лента